send link to app

Burla Xatun


4.8 ( 3648 ratings )
Medizin Gesundheit und Fitness
Entwickler EZGIL MEDICAL TECHNOLOGIES MMC
Frei

Hamilə qalmaq qadınların həyatında duyğu dolu bir zamandır! Dölün inkişafına dair xüsusi izləyicimiz, körpə gözləyən analara bədənlərində yaşanan dəyişiklikləri anlamağa kömək edir və ilk həftədən başlayaraq doğuşadək dölün ehtiyaclarını bilməyə və onları nəzərə almağa imkan verir, habelə doğuşdan sonra yenidoğulanların və körpələrin qayğısına dair ən mühüm məqamları sadə dildə açıqlayır.

“Burla Xatun” mobil tətbiqi ilə nələr edə bilərsiniz:

- Hamiləlik zamanı nə gözlədiyinizə dair gündəlik məsləhətlər almaq
- Hamiləliyinizin gedişatını həftələr üzrə izləmək
- Həftələr üzrə körpənin inkişafını izləmək
- Mayalanma tarixinə əsasən doğuş tarixini hesablamaq
- Tibbi təlimat və tövsiyələrə əsasən bədən çəkisini və bədən kütlə indeksini, digər sağlamlıq göstəricilərini idarə etmək
- Hamiləlik əlamətlərini monitorinq etmək
- Həkim ilə virtual və fiziki görüşlər təyin etmək
- Dölün ultrasəs görüntüsünü, digər qeydiyyatları və məlumatları xatirə kimi saxlamaq

Və daha çox!

Hər bir hamilə qadın gələcək körpəsinin ana bətnində necə böyüdüyünü, bədəninin necə dəyişdiyini və sağlamlıq durumunu bilmək və izləmək istəyir. “Burla Xatun” mobil tətbiqi hamiləliyiniz, körpənizin inkişafı, bədəninizdəki dəyişikliklər və hamilə qadınlar üçün əhəmiyyətli tövsiyələrlə bağlı məlumatlara tez və asanlıqla çıxış əldə etmək imkanı verir.

Həftə ərzində yenilənən bloqda gələcək analar üçün yenidoğulanlara qayğı, hamiləlik və zahılıq zamanı qidalanma və fiziki aktivlik ilə bağlı məlumatlarla tanış ola bilərsiniz.

“Burla Xatun” mobil tətbiqində aşağıdakı keçidlərdən ətraflı məlumat əldə edin:

- Körpəmin inkişafı
- Ananın qidalanması
- Körpənin qidalanması və ana südü ilə qidalanma
- Faydalı məsləhətlər

Bu tətbiqdən istifadə etdikdə hər bir yaranan sual və ya narahatçılıq və ya səhətinizdə problemlər ilə bağlı həkiminizlə məsləhətləşmək tövsiyə olunur. Tətbiqdə verilən məlumatlar həkim məsləhətini əvəz etmək niyyəti daşımır.